Sumqayıtda kanalizasiya qapaqları, yağış suları üçün nəzərdə tutulan dəmir barmaqlıqları və kəmər boruları oğurlanıb. Hadisə 29 iyun səhər raddələrində qeydə alınıb.
Naməlum şəxslər gecə vaxtı şəhərdə quraşdırılan kanalizasiya qapaqlarını çıxarıblar. Sakinlər isə oğurluğun qarşısının alınması üçün kanalizasiya qapaqlarını zəncirləyiblər.
Həmçinin dəmir oğrularının hədəfi neft kəmərlərində istifadə olunan metal borular olub. Kəmərnən torpağın təmas etməməsi üçün qoyulan dəmir borular oğurlanıb. Eyni zamanda neft kəmərlərin qorunması üçün yolun qırağında yerə basdırılan dəmirlərdə qazılaraq çıxarılıb.