Sumqayıtda gün ərzində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında dərc olunub.
Nazirliyin “112” qaynar xəttinə günorta saatlarında 1 nəfərin yaşadığı mənzilindən çıxarılması üçün müraciət daxil olub. Ünvana dərhal xilasedicilər cəlb olunub. Nəticədə doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsindən vətəndaşı aşağı endirib, aidiyyəti üzrə təhvil veriblər.
Həmçinin, gecə saatlarında 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. FHN xilasediciləri vətəndaşa köməklik göstəriblər.