Sumqayıtda məktəblilərin təhlükəsizliyi təmin edilib

Total
0
Shares
12 nömrəli məktəbin önü transformasiya edilib
Foto Sumqayıt24

Sumqayıtda küçə transformasiyası həyata keçirilir. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.

İşlər Azərbaycan Milli Avtomobil Klubu (AMAK) tərəfindən 12 nömrəli məktəbin önündə aparılır. Məqsəd məktəblilərin yolu rahat və təhlükəsiz şəkildə keçmələridir.

AMAK xarici donor olan İngiltərənin Təhlükəsiz Yollar Fondu ilə birgə məktəbin önündə işıqfor quraşdırıb. Həmçinin küçədə sürət həddi 60km/s-dan 40km/s-dək endirilib. Küçə işıqlandırılması yenidən qurulub və yol nişanları yenilənib.

Layihəyə Baş Dövlət Yol Polis İdarəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi dəstək göstərib.