Sumqayıtda pediatrlar üçün seminar təşkil olunub

Total
0
Shares
Sumqayıt Uşaq Xəstəxanasında seminar keçirilib
Foto Sumqayıt Tibb Mərkəzi

Sumqayıt Uşaq Xəstəxanasında seminar keçirilib. Sumqayıt24 bu haqda 24 iyul tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.

Tədbirə tibb müəssisələrinin pediatrları qatılıblar. Uzman pediatr Müşviq Ramazanov “Uşaqlarda hepatosplenomeqaliya və laborator diaqnozu” mövzusunda təqdimatla çıxış edib. O, yenilikləri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda həkimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, seminarlar TƏBİB-in laboratoriya işçi qrupu, STM və Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi (AZKLMİB) tərəfindən təşkil olunur.