Sumqayıtda piyada zolaqları yenilənib

Total
0
Shares
Sumqayıtda piyada zolaqları yenilənib
Foto Sumqayıt24

Sumqayıtda piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada zolaqlarının yenilənməsi prosesi davam edir. Sumqayıt24 bu haqda 3 iyun tarixində xəbər verir.

Boyama işləri Çerkassi küçəsində, Dəmiryol vağzalı ətrafında, eləcə də Yaşıldərə yaşayış massivində həyata keçirilib. “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin əməkdaşları tərəfindən solmuş zolaqlar yenilənib.