Sumqayıtda 2 minik avtomobilin törətdiyi qəza zamanı 6 nəfər xəsarət alıb. Hadisə 11 avqust, gecə saatlarında baş verib.
APA-nın paylaşdığı məlumata əsasən, “Elmarın kruqu” kimi tanınan ərazidə (17-18-ci mikrorayonların kəsişməsi) “VAZ 2110” markalı avtomobil “Mercedes”lə toqquşub.
Qəza zamanı xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. Onlar dərhal Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.