Sumqayıt Qaz İstismarı sahəsinin rəisi Vəli Sadıqov və icra başçısının müavini Fərid Ələkbərov görüş keçiriblər. Sumqayıt24 bu haqda 24 iyul tarixində xəbər verir.
Görüş zamanı birlik tərəfindən həyata keçirilən layihələr, aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Hər iki tərəf şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılmasının vacibliyi vurğulayıb.