Qəzada sağ qalan şəxs xəstəxanada ölüb. Sumqayıt24 bu haqda 26 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Sumqayıtda iyulun 22-də “Lada Priora” markalı avtomobil 13 yaşlı Kənan Novruzovu vurub. Nəticədə yeniyetmə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, Kənanın həyatını qurtarmaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.