Sumqayıtda qeyri-adi intihara cəhd hadisəsi baş verib

Total
0
Shares
Depisotphotos
Depisotphotos

Sumqayıtda bir nəfər intihar etmək istəyib. Bu haqda bu gün, 11 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti (FHN) məlumat yayıb.

Məlumata əsasən, şəhər sakini elektrik dirəyinə çıxaraq intihara cəhd göstərib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Onunla psixoloji söhbətlər aparılıb. Nəticədə o, intihar etmək fikrindən daşınıb.