Sumqayıtda reydlər davam edir: narkotacirlər saxlanılıb

Total
0
Shares
Deposit photos
Deposit photos

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının axtarış tədbirləri nəticəsində narkotacir kimi tanınan Rafael Davıdov istintaqa cəlb olunub.  Bu barədə Apa məlumat yayıb.

Davıdovun üzərində 4 kq marixuana aşkar olunub. O, izahatında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Başqa bir əməliyyat zamanı Xəyal Hüseynov və Vasif Allahverdiyev saxlanılıb. Onların üzərlərindən metamfetamin (patı) və heroin aşkar edilmişdir.

Həmçinin su sayğaclarını oğurlamaqda şübhəli bilinən, narkotik maddə aludəçisi Fikrət Nəcəfov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir