Sumqayıtda şəhid Azər Məmmədovun övladı dünyaya göz açıb

Total
0
Shares
Sumqayıtda şəhid övladı anadan olub
Foto Yaşat Fondu

Sumqayıtda şəhid övladı anadan olub. Bu haqda 26 may tarixində Sumqayıt24 Yaşat Fonduna istinadən xəbər verir.

12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun övladı Azay dünyaya göz açıb.

“YAŞAT” Fondu tərəfindən övladın zəruri xərcləri qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə – Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.