Sumqayıtda şəhid İlkin İsgəndərovun xatirəsi yad edilib

Total
0
Shares
Sumqayıtda Vətən müharibəsi şəhidi İlkin İsgəndərovun doğum günü qeyd edilib
Foto Mədəniyyət Xəbərləri

Sumqayıtda Vətən müharibəsi şəhidi İlkin İsgəndərovun doğum günü qeyd edilib. Bu haqda 18 mart tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.

Şəhidimizin məzarı önündə keçirilən tədbirdə ailə üzvləri, Qubadlı RİH başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, eləcə də rayon ictimaiyyəti işirak edib. Burada şəhidin keçdiyi şərəfli həyat yolu haqqında danışılıb. Sonda Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim olunub, şeirlər söylənilib.

İlkin İsgəndərov ölümündən sonra “Vətən Uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.