Sumqayıtda şairə Gülnarə Cəmaləddinlə görüş keçirilib

Total
0
Shares
Sumqayıtda şairə Gülnarə Cəmaləddinlə görüş keçirilib
Foto Sumqayıt MKS

Sumqayıtda – M.Ə.Rəsulzadə adına Kitabxana filialında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinlə görüş keçirilib. Sumqayıt24 bu haqda 25 may tarixində xəbər verir.

“Oxucu ilə üz-üzə” adlı tədbirdə Sumqayıt Dövlət Universiteti (SDU) Tələbə Gənclər Təşkilatının Kitab klubunun üzvləri və şairənin yaxın qələm dostları iştirak ediblər.

Görüşdə Gülnarə Cəmaləddinin şeirlərindən ibarət videoçarx nümayiş olunub. Kitabxananın müdiri Ofelya Qafarova şairənin həyat və  yaradıcılıq yolu haqqında qısa məlumat verib.

Tədbir boyunca həm tələbələr, həm də qələm dostları Gülnarə Cəmaləddinin şeirlərini səsləndiriblər, şairə ona ünvanlanan sualları cavablandırıb. Sonda Gülnarə Cəmaləddinlə xatirə şəkilləri çəkilib.