Sumqayıtda suyun qrafiklə verilməsi insanları narahat edir

Total
0
Shares
Envato
Envato

Sumqayıtın bəzi ərazilərində suyun qrafiklə verilməsi yerli sakinlərdə müəyyən çətinliklər yaradır. Bu məsələni sosial şəbəkə istifadəçiləri müzakirə edir. Sumqayıt24-ün müxbirləri detalları araşdırıb.

Məlum olub ki, şəhərin 3, 4, 9 və 10-cu mikrorayonlarında su gün ərzində müəyyən saatlarda verilir. Beləliklə, sakinlər qeyd ediblər ki, su saat 7:00 dan 11:00-a dək və 18:00 dan 22:00-a dək təzyiqlə, günün qalan saatlarında isə zəif gəlir.

Sumqayıt sakinlərinin sözlərinə görə:

“8-ci mikrorayonda su qrafiklə verilir və bu sakinləri narahat edir. Əksər birinci mərtəbələrə su 24 saat durmadan gəlir, amma yuxarı mərtəbələrdə vəziyyət başqadır”.

“10-cu mikrorayonda su problemi var. Burada suyu müəyyən saatlarda verirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir