Sumqayıtda “Təbiəti qoruyaq” adlı məşğulluq layihəsi başlayıb

Total
0
Shares
Foto Dövlət Məşğulluq Agentliyinin saytından
Foto Dövlət Məşğulluq Agentliyinin saytından

Dövlət Məşğulluq Agentliyi (DMA) “Təbiəti qoruyaq” adlı məşğulluq layihəsinə start verib. İşaxtaran şəxslər 31 oktyabr 2021-ci ilə dək müraciət edə bilərlər.

Layihə çərçivəsində Sumqayıt üzrə çimərliklərdə (2 ay müddətində) və Şəhidlər Xiyabanında (4 ay müddətində) abadlıq işləri aparılacaq. Habelə, şəhərdə ağacəkmə kampaniyası (2 ay müddətində) təşkil ediləcək.

Layihənin əsas məqsədi vətəndaşların işlə təmin edilməsi, ictimai yerlərin abadlaşdırılması və yaşıllıqların artırılmasıdır. İşaxtaran şəxslər layihəyə cəlb olunmaq üçün şəhər üzrə məşğulluq mərkəzinə müraciət edə bilərlər.

DMA Sumqayıt şəhəri 9-cu mikrorayonda, Zülfü Hacıyev 64 ünvanında yerləşir. Ətraflı məlumatı (018) 642 02 57 nömrəsindən əldə etmək mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir