Sumqayıtda tələbələr arasında “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi

Bu gün, 15 dekabr tarixində Sumqayıtda müxtəlif təyinatlı Peşə Təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib. Bu barədə şəhər Gənclər və İdman Baş İdarəsi (GİBİ) məlumat yayıb.

Oxucularımıza yarışın qalib komandalarını təqdim edirik:

I yer – Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Dəmir Yumruq”;

II yer – Sumqayıt Kimya Sənaye Parkı MMC nəznində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin “Qarabağ;

III yer – Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Odlar Yurdu”.

Qeyd edək ki, Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışın qalibləri Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif ediliblər.