Sumqayıtda terapevt pasiyentləri ödənişsiz qəbul edəcək

Total
0
Shares
Sumqayıtda pulsuz həkim qəbulu olacaq
Foto Referans Poliklinik

Sumqayıtda pulsuz həkim qəbulu olacaq. Sumqayıt24 bu haqda 8 noyabr tarixində xəbər verir.

Aksiya 10-17 noyabr tarixlərində “Referans Sumqayıt” Tibb Mərkəzində təşkil ediləcək. Pulsuz qəbul keçirəcək terapevt Dr. Aqil Axundovun müayinə və müalicə istiqamətləri:

  • Yüksək qan təzyiqi və ya hipertoniya xəstəliyi;
  • Qanda xolesterin və triqliserid artıqlığı, piylənmə;
  • Şəkərli diabet, tip2 (ilkin diaqnostika, müalicənin tənzimlənməsi);
  • Qalxanvari vəzin xəstəlikləri;
  • Mədə-bağırsaq yollarının, qaraciyər, mədə, mədəaltı vəzi, öd kisəsi, yoğun bağırsaq xəstəlikləri;
  • Böyrək və sidik-cinsiyyət sistemi xəstəlikləri;
  • Qan xəstəlikləri, dəmir, B12 vitamini və fol turşusu çatışmazlığı ilə bağlı anemiyalar, qanaxmalar, laxtalanmanın pozulması.

Öncədən qeydiyyatdan keçmək mütləqdir: (077) 379-00-33, (018) 655-03-33.