Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirlər keçirilib.
Tədbir çərçivəsində Ulu Öndərin abidəsi ziyarət edilib, onun önünə gül dəstələri qoyulub. Qonaqlara Heydər Əliyev haqqında qısametrajlı video çarx göstərilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər etdiyini, şəhərin inkişafına böyük rolundan danışıb. Mərasimdə Baş İdarənin rəisi Elgün Hümbətov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı və digər qurumların əməkdaşları iştirak ediblər.
Həydər Əliyev Məkəzində keçirilən daha bir tədbir Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdləri üçün təşkil olunub. Tədbir məktəblilərin Ulu Öndərin abidəsinin önünə gül dəstəri qoymaqları ilə başlayıb. Dəyirmi masa ətrafında davam edən mərasimdə şagirdlər şeirlər, Heydər Əliyev haqqında maraqlı faktlar səsləndiriblər.
Tədbirlər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin və Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.