Sumqayıtda “Sehrbazlar Məktəbi. Nəhəngin sirri” tamaşasının premyerası olacaq. Sumqayıt24 bu haqda 18 noyabr tarixində xəbər verir.
Sözügedən unikal multimedia Yeni il şənliyi beynəlxalq “MultiShow” şirkətinə məxsusdur. Tamaşa 26 dekabr saat 12:00 və 15:00-da Azərbaycan dilində, 27 dekabr eyni vaxtda isə rus dilində təqdim ediləcək.
Biletin qiyməti 10-15 manat arasında dəyişir. 5 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur, valideyn üçün bilet zəruridir. Buraya pulsuz fotosessiya, foyedə Yeni il yarmarkası daxildir. Biletləri linkə daxil olaraq almaq mümkündür – https://iticket.az/events/kids/for-the-first-time-in-sumgait-novogodnee-multi-shou-shkola-volshebnikov-tajna-velikana.
Dram Teatrında baş tutacaq tədbirə 45 dəqiqə öncə gəlmək tövsiyə olunur. Əlaqə nömrəsi: (050) 354-90-54.