Sumqayıtda Vətən müharibəsi iştirakçısının evi qazla təmin edilib

Total
0
Shares
Foto Azəriqaz Facebook
Foto Azəriqaz Facebook

“Azəriqaz” İstehsalat Birliyi (İB) Sumqayıtda İkinci Qarabağ müharibəsi iştirakçısının evi təbii qazla təmin edilib. Bu barədə bu gün, 13 dekabr tarixində İB öz Facebook hesabında məlumat yayıb.

Məlumata əsasən, Vətən müharibəsi iştirakçısı Sabir Baloğlanlı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayır. O, fərdi yaşayış evində təbii qazın olmaması ilə bağlı “Azəriqaz”a müraciət edib. İB tərəfindən qısa bir zamanda Baloğlanlının evi təbii qazla təmin edilib.

Daha öncə, şəhid Adil İbrahimlinin ailəsinin fərdi yaşayış evi təbii qazla təmin edilmişdir.