Müasir dünyada yolları qadın sürücülərsiz təsəvvür etmək çətindir. Şəhərimizdə də avtomobil idarə edən və bunun arzusunda olan xanımların sayı günü-gündən artır.
Sumqayıtda onlar üçün sürücülük kursları fəaliyyət göstərir. Burada həm nəzəri biliyə, həm də praktiki bacarığa yiyələnmək mümkündür. Professional xanım təlimçilər avtomobili peşəkar idarə etməklə yanaşı, yol hərəkəti qaydalarını da mükəmməl öyrədəcəklər.
Redaksiyamız sürücü olmaq istəyən zərif cinsin nümayəndələri üçün kursları təqdim edir:
- “Xəzər Qərb“ sürücülük mərkəzi (yalnız xanımlar üçün).
Nəzəriyyə dərsləri həftədə 2 dəfə keçirilir. Hər dərs 90 dəqiqə davam edir. Qiymət 120 manat təşkil edir.
Praktiki avtotəlimin qiymətləri aşağıdakılardır:
- 1 dərs – 17 AZN;
- 5 dərs – 85 AZN;
- 10 dərs – 155 AZN.
Əlaqə nömrələri: (012) 539 20 69; (070) 208 20 69.
- “Sumqayit_telim_kurslarimiz” (yalnız xanımlar üçün).
Sürücülük dərslərinin qiyməti:
- 1 dərs – 20 AZN;
- Paket şəklində (10 dərs) – 150 AZN.
Əlaqə nömrəsi: (055) 630 23 24.
- “149 Avto Təlim” sürücülük məktəbi
Nəzəriyyə dərsləri həftədə 3 dəfə olmaqla onlayn şəkildə aparılır və 100 AZN təşkil edir.
Sürücülük dərsləri:
- 1 dərs – 17 AZN;
- 5 dərs – 85 AZN;
- Paket şəklində (10 dərs) 159 AZN.
Əlaqə nömrələri: (050) 231 17 29; 149.
Avtotəlim dərsi 1 saat davam edir. Qiymət 18-20 manat arasında dəyişir.
Əlaqə nömrəsi – (055) 970 79 79.
- “Sumqayıt_telim_avto_lady” sürücülük məktəbi
Sürücülük dərslərinin qiymətləri:
- 1 dərs – 20 AZN;
- 5 dərs – 90 AZN;
- 10 dərs – 170 AZN.
Əlaqə nömrəsi: (070) 717 35 39.