Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tədbiri keçirilib. Sumqayıt24 bu haqda 3 oktyabr tarixində Sumqayıt Qadın Resurs Mərkəzinə istinadən xəbər verir.
Monitorinq qrupunun sədri və Sumqayıt şəhər icra başçısının müavini Ülviyyə Müzəffərova, Təhsil Şöbəsi, Bələdiyyə, Sosial Xidmətlər Agentliyi, Sumqayıt Tibb Mərkəzi, Sumqayıt Qadın Resurs Mərkəzi və digər qurumların nümayəndələri məişət zorakılığı ilə bağlı mövcud vəziyyəti və buna dair görülən işləri müzakirə ediblər.