Yataqxana sakinləri susuzluqdan əziyyət çəkirlər. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində xəbər verir.
5-ci mikrorayonda yerləşən 8/12 nömrəli yataqxanada su təchizatı ilə bağlı problemlər yaşanır. Şikayətçilər bildirirlər ki, günorta saatlarında binanın yuxarı mərtəbələrinə su “çatmır”. Nəticədə insanların ev işləri əngəllənir.
Məlumata görə, sakinlər aidiyyəti üzrə dəfələrlə müraciət ediblər. Lakin problemin çözülməsi ilə bağlı heç bir addım atılmır.