Sumqayıtda boru partlayıb. Bu haqda 25 fevral tarixində Sumqayıt24 xəbər verir.
Kommunal qəza şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Yaranmış “fəvvarə” nəticəsində ətrafı su basıb. Hazırda həmin yerdə aidiyyəti qurumun əməkdaşı problemin həlli üzərində çalışır.