Sumqayıtda yeniyetmə boksçular arasında yarış baş tutub

Total
0
Shares
Sumqayıtda yeniyetmə boksçular arasında yarış baş tutub
Foto Gənclər və İdman Baş İdarəsi

Sumqayıtda boks üzrə şəhər birinciliyi keçirilib. Sumqayıt24 bu haqda 25 may tarixində Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.

Yarış 1 nömrəli İOEUGİŞM-də narkomaniya və dini radikalizmlə mübarizə ilə bağlı təşkil olunub. Mükafatlar uğrunda 2009-2010-cu il təvəllüdlü 110-a yaxın oğlan boksçu mübarizə aparıb.

Qalib və mükafatçılar diplomlara layiq görülüb, Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.