“Nasosnu” kimi tanınan, Hacı Zeynalabdin qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda, 28 iyul gecə saatlarında məlum olub.
Avtomobillərin birində sərnişin olan 49 yaşlı Anar Hüseynov Xaçmazdan toydan qayıdarkən iki minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bundan öncə, Sumqayıtın Koroğlu küçəsində 16 iyul axşam saatlarında “Lifan” markalı avtomobil “Ford” yük maşını ilə toqquşmuşdu. Qəzada xəsarət alan olmamışdı.