Sumqayıtda yerləşən məişət tullantıları poliqonunda neçə müddətdir davam edən yanğın sakinlərin narazılığına səbəb olur.
Sosial şəbəkələrdə bu haqda Sumqayıt sakinlərinin bir neçə şərhini təqdim edirik :
“Bu şəhərin problemləri tək iyli gecələr deyil, həmdə iyli gündüzlərdi. Gündüz zibilxanadakı qalıqlanmış zibillərin iyi, gecə də onun yanmış vəziyyətdəki iyi” – Facebook istifadəçilərindən biri narazılığını bildirib.
Digər istifadəçinin sözlərinə görə, şəhəri bürüyən tüstünün və qoxunun mənbələrindən biri isə orada fəaliyyət göstərən zavodlardır. Filtrlərin olmaması səbəbindən zavodlar zəhərli tullantıları (“qazovka”) havaya buraxırlar.
“Bu tək zibilin qoxusu, tüstüsü deyil. Poliqona zavodlardan kimyəvi maddələr gətirib tökürlər. Müəyyən temperaturda o maddələr öz özünə alışır və belə zəhərli tüstü yayılır”,- deyə sakinlərdən biri bildirib.
Qeyd edək ki, poliqonda yanğın iyul ayının ortalarından başlayıb.