“Sumqayıt”ın futbolçuları U-17 millisinə dəvət alıblar. Sumqayıt24 bu haqda 2 iyun tarixində xəbər verir.
Azərbaycan yığmasının iyunun 12-dək Qəbələdə təlim-məşq toplanışı olacaq. Millimiz iyunun 8-də və 11-də Gürcüstanın müvafiq yaş qrupu üzrə komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, toplanışa “kimyaçılar”ın 3 üzvü – Vüsal Paşayev, Nadir Orucov və Nihad Orucəli də qatılıblar.