“Sumqayıt”ın 3 legioneri milli komandalara cəlb olunublar

Total
0
Shares
“Sumqayıt” futbol klubunun legionerləri yığma komandalara dəvət alıblar
Foto “Sumqayıt” FK

“Sumqayıt” futbol klubunun legionerləri yığma komandalara dəvət alıblar. Bu haqda 3 oktyabr tarixində Sumqayıt24 kluba istinadən məlumat verir.

“Gənclik şəhəri” təmsilçisinin futbolçuları Erik Sorqa, İsa Suliman və Kasimir Ninqa müvafiq olaraq Estoniya, Pakistan və Çad milli komandalarının heyətlərinə cəlb ediliblər.