Sumqayıt şəhərində bir neçə bulaq mövcuddur. Sizə onlar haqqında məlumatı təqdim edirik:
Sarıqaya bulaqları 6-cı mikrorayon ərazisindədir. Burada yan-yana dörd bulaq mövcuddur. Bu bulaqların suyu şirin olduğundan onlar, həmçinin “Şirin bulaqlar” da adlandırılır.
Əhəd bulağı – Nəsimi adına Mədəniyyət və İstirahət parkının aşağı hissəsində, pilləkənlərdən düşən yerdədir. Deyilənlərə görə, əvvəllər bu bulağın suyu çox olduğundan o, hər zaman daşırdı.
Nəbi bulağı – dəniz qırağında, Köhnə hamamın ərazisindədir. Bu yerdən axan bulağın suyu kükürdlüdür.
Daş bulaq – Sumqayıt Şəhidlər xiyabanı ərazisindədir. Buradakı bulaq Hacağabba adlı qayanın altından axır.
Əli bulağı – dəniz qırağında, Nəsimi adına Mədəniyyət və İstirahət parkına düşən yoldadır.
Məşədi Əhməd bulağı – Kərbəlayı Baladayının karvansarasının qabağındadır.
Aslan bulağı – dəniz kənarında yerləşir.
Bundan əlavə, Sumqayıt şəhərində Məmədtağı bulağı, Abbasqulu bulağı, Hacı Seyidəmir bulağı, Xancan bulağı və digər su mənbələri var. Lakin onların bir hissəsi hazırda quruyub.
Ədəbiyyat:
- Dünənin, sabahın şəhəri. Sumqayıt-2019.
- https://www.facebook.com/sumqayitresmisehife