Sumqayıtın Babək və Niyazi küçələrində qəza təhlükəsi yaradan maneələr yaranıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın Babək küçəsində (“SOCAR” yanacaqdoldurma məntəqəsinin yanında) yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar qəza vəziyyəti yaradır. Bu haqda Sumqayıt24-ün izləyiciləri məlumat veriblər.

Belə ki, həmin lyuk asfalt səviyyəsindən aşağıda qalıb. Bizə verilən məlumata görə, nəinki axşam, hətta səhər saatlarında da sürücülər bu barmaqlıqları görə bilmir və avtomobillərin təkəri ora düşür. Bəzən isə sürücülər son anda onu görən kimi avtomobili dərhal qırağa çəkməli olurlar və bu səbəbdən qəza təhlükəsi yaranır.

Bənzər problem, həmin yerdən 200-250 metr aralıqda da yaşanır. Belə ki, Niyazi küçəsinin 16-cı mikrorayondan keçən hissəsində yolda böyük çökəklik yaranıb. Çalanın döngədə yaranması səbəbindən çox vaxt sürücülər onu görə bilmirlər.