“Qarabağ” – “Sumqayıt” matçı ilə bağlı sərt qərarlar verilib. Sumqayıt24 bu haqda 25 may tarixində Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
AFFA İntizam Komitəsinin iclası olub. Premyer Liqanın 35-ci turu çərçivəsində keçirilən oyundan sonra Ağdam təmsilçisinin hücumçusu Ramil Şeydayev rəqib futbolçu Todor Todoroskiyə “əl-qol atıb”, ikinci isə ona eyni qarşılıq verib.
Buna görə futbolçular 2-si şərti olmaqla 3 oyunluq cəzalandırılıblar, klublar isə 2400 manat məbləğində cərimələnib.