Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 21 iyul tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq.
Sumqayıt və Novxanı çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək.