Sumqayıtın küçələrində bərpa işləri gedir

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Sumqayıt küçələrində abadlıq işləri gedir – küçələrdə asfalt dəyişilir, işıqlandırma sistemi yenilənir. Binaların fasadları üzlənir. Bu baradə bu gün, 17 iyul məlum olub.

İcra Hakimiyyəti ətrafındaki dirəklərdə işıqlandırma yenilənib. 

Səməd Vurğun küçəsində yerləşən binada fasad işləri aparılır. Bundan öncə həmin küçədə iki binada işlər tamamlanıb. 

Sumqayıtın Heydar Əliyev prospektində və Polad Həşimov (keçmiş Meşədi Əzizbəyov) küçəsində yol tikinti işləri gedir. Təmirin tamamlanması üç gün ərzində planlaşdırılır. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyyə olunur. 

Həmçinin, 7 iyuldan Sumqayıtda yerləşən Şəhidlər xiyabanında əsaslı təmir işlərinə başlanılıb. Məzarların ətrafı, divarların üzlükləri ilə yanaşı, xiyabanın giriş hissəsindən başlayaraq dənizkənarı bulvarını birləşdirən ərazi də sökülərək yenisi ilə əvəz olunur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir