Sumqayıtın nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Almaniyaya səfər edib

Total
0
Shares
Sumqayıtın nümayəndə heyəti Almaniyaya səfər edib
Foto Sumqayıt İH

Sumqayıtın nümayəndə heyəti Almaniyaya səfər edib. Bu haqda 18 mart tarixində Sumqayıt24 ŞİH-yə istinadən xəbər verir.

İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin rəhbərlik etdiyi heyət “Şəhərin mobilliyi” və “Sumqayıt şəhərinin çirklənmiş ərazilərinin kadastrı” mövzuları üzrə təcrübə mübadiləsi məqsədilə Lüdviqshafen şəhərində olub. Səfər çərçivəsində qeyd olunan sahələr üzrə mövcud təcrübə ilə tanış olmaq imkanı yaradılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Lüdviqshafen, Manhaym, Vorms və Haydelberq şəhərlərində Nəqliyyatın və Şəhər Mobilliyinin İntellektual İdarəetmə Mərkəzlərində, Avropanın ən böyük kimya sənayesi mərkəzi olan BASF şirkətində tanışlıq və məlumatlandırma görüşü kecirilib.

Görüşdə şəhərimizin bu sahədə fəaliyyət göstərən qurumları ilə əlaqələrin yaradılması və görüşlərin keçirilməsi üçün razılıq əldə olunub.