Sumqayıtın “ölüm” yolu

Total
0
Shares
9-cu mikrorayonda insanlar avtomobil yolu ilə hərəkət edirlər
Foto Apa TV

9-cu mikrorayonda insanlar avtomobil yolu ilə hərəkət edirlər. Sumqayıt24 bu haqda 21 iyul tarixində xəbər verir.

Həmin ərazidə piyada səkiləri yoxdur. Bu isə piyada və sürücülərin həyatını təhlükəyə atır. Sakinlər bildirirlər ki, əvvəllər yol geniş olub, lakin ticarət obyektləri tikilərkən piyadaların rahatlığı təmin olunmayıb.

Ərazidə qəzalarla yanaşı, piyada vurulmalarının da sayı günü-gündən artır. Məhz buna görə buranı “ölüm” yolu adlandıranlar da var. İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məsələ ilə bağlı ApaTV-yə açıqlama verib:

“Son illər Sumqayıt şəhərində avtomobil yolları ilə yanaşı, piyada səkilərinin də təmir olunması istiqamətində genişmiqyaslı işlər görülüb. Mərhələli şəkildə şəhər ərazisindəki bütün səkilərin təmir olunması, səki olmayan ərazilərdə də yeni səkilərin salınması nəzərdə tutulub. Qeyd olunan ərazidə də tədbirlər görüləcək”.

Səkisiz yollardan istifadə edənlərə inanmaq və gözləmək qalır ki, problemə nə vaxtsa əncam çəkiləcək. Biz isə mövzunu diqqətdə saxlayacağıq ki, yaranmış çətinlik həllini tapsın.