Sumqayıtın simvolu olan “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov

Total
0
Shares
Sülh göyərçini abidəsinin müəllifi Vaqif Nəzirov
Foto Sumqayıt24

Vaqif Nəzirov 12 may 1940-cı ildə Gədəbəydə anadan olub. O, Sumqayıtın dənizkənarı parkında ucaldılan “Sülh göyərçini” abidəsinin müəllifidir.

Nəzirov 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. O, 1961-1967-ci illərdə Tbilisi Dövlət Rəssamlıq akademiyasında təhsil alıb.

Vaqif Nəzirov 1968-ci ildə Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin abadlaşdırılmasına həsr edib. Rəssamın Sumqayıt haqqında sözlərindən: “1968-ci ildə dəvət olunmuşdum, bu yerə vurulmuşdum… Həyatımın 50 ilini mən Sumqayıtda yaşamışam… Şəhər gözümün qabağında gözəlləşib”.

Nəzirov 1974-cü ildən Rəssamlar ittifaqının üzvü olmuşdur. O, həmçinin şair Səməd Vurğun və dramaturq Cəfər Cabbarlının barelyeflərini, Nəsiminin heykəlini, bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan xatirə kompleksinin müəllifidir. Bundan əlavə, Nəzirovun “Leyli və Məcnun”, “Karvan”, “Sənsiz”, “Sülhə çağırış”, “Ağ şanı, qara şanı” adlı əsərləri var.

Vaqif Nəzirov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Vaqif Nəzirov 7 mart 2020-ci ildə Bakıda vəfat edib.

Ədəbiyyat:

  1. http://az.baku-art.com/az/emekdar-inces-n-t-xadimi-vaqif-n-zirovun-dogum-gun-d-r
  2. https://www.youtube.com/watch?app=desktop&v=kGugv2HQ_OY
  3. https://www.youtube.com/watch?v=mRj8bZzFeF0
  4. https://www.facebook.com/watch/?v=1438797502951167