Sumqayıtın Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti irsi” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 26 may tarixində xəbər verir.
28 May – Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirdə 9 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Öncə ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarına Müstəqillik Gününə həsr olunan sənədli film nümayiş etdirilib.
Muzeyin bələdçisi Səidə Səfərova tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən mühazirə təqdim edilib. Sonda mövzu ilə əlaqədar muzey materialları əsasında tərtib olunan səyyar sərgi təqdim olunub.