Sumqayıtlı abituriyentlər qəbul imtahanında ən yüksək bal topladılar

Total
0
Shares
Foto dim.gov.az saytından
Foto dim.gov.az saytından

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin məzunları Şəfiyev Əbil və Cavid Zeynallı I ixtisas qrupu üzrə qəbul imtahanında maksimal bal toplayıblar. Onlar 27-28 iyul 2021-ci il tarixlərində keçirilən imtahanın bütün suallarına düzgün cavab veriblər.

Şəfiyev ümumi 697.1 bal toplayaraq ən yüksək nəticə göstərib. Bu il I ixtisas qrupu üzrə imtahanda 28.605 məzun iştirak edib.

Əbil Şəfiyev həmçinin “Əlaçı” televiziya verilişinin qalibidir. O, bir sıra olimpiadalarda uğurlar əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir