Sumqayıtlı cüdoçu ABŞ-da keçirilən yarışda qalib olub

Total
0
Shares
Envato
Envato

Əslən Sumqayıtlı idmançı Zaur Cəlil ABŞ-ın Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatını (U.S. Open Championships) qızıl mükafatla başa vurub. Bu barədə bu gün, 27 iyul məlum olub.

Məlumata əsasən peşəkar cüdoçular arasında keçirilən yarışda Zaur Cəlil 73 kg çəki dərəcəsində 1-ci yeri tutaraq, qızıl medal və sertifikatla mükafatlandırılıb.

Bu zamana qədər ABŞ-da keçirilən beynəlxalq yarışlarda Sumqayıtlı cüdoçu 100-dək medal və kuboklar qazanıb, lakin bu yarışda ilk dəfə iştirak etdiyini bildirib.

“Rəqiblərim arasında Yaponiya, Latın Amerika ölkələrini və ABŞ-ı təmsil edən çox güclü idmançılar var idi. Sevinirəm ki, bu dəfə də ölkəmin adını qürurla təmsil etdim. Bütün uğurlarımı Azərbaycana həsr edirəm. Yaşasın Azərbaycan, yaşasın Qarabağ”, – deyə Cəlil bildirib.

Daha öncə bu ilin may ayında Zaur Cəlil ABŞ-ın Nevada ştatında cüdo üzrə keçirilən çempionatın qalibi olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir