Sumqayıtlı güləşçi Tokio-2020 olimpiadasında ilk görüşünə çıxır

Total
0
Shares
Azərbaycan güləş federasiyasının rəsmi instagram səhifəsindən foto
Azərbaycan güləş federasiyasının rəsmi instagram səhifəsindən foto

Sumqayıtlı güləşçi İslam Abbasov Tokio-2020 olimpiadasında ilk qarşılaşmasına çıxacaq. Görüş sabah, 3 avqust Bakı vaxtı ilə 06:30 da baş tutacaq.

Püşkatma mərasiminin nəticəsində, Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) 1/8 finalda kubalı Daniel Qreqoriçlə üz-üzə gələcək. Qalib gəldiyi halda Sumqayıtlı idmançı 1/4 finalda belarus Kiril Maskeviçlə – misirli Məhəmməd Metvalli cütlüyunün qalibiylə qarşılaşacaq.

2017 – ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında Abbasov finalda Türkiyə idmançısı Ali Cengizi məğlub edərək qızıl mükafata layiq görülmüşdür. 2018 – ci ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdur. 2021 – ci ilin martında Budapeştdə ilk lisenziyalı turnirdə qızıl medal qazanaraq, Olimpiadada iştirakını təmin etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir