Sumqayıtlı İlham Zəkiyev Paralimpiya oyunlarında bayraqdar olacaq

Total
0
Shares
Foto İlham Zəkiyevin Facebook səhifəsindən
Foto İlham Zəkiyevin Facebook səhifəsindən

Tokio-2020 Paralimpiya oyunlarında milli komandamızın bayraqdarı müəyyən olub. Bu haqda bu gün, 6 avqust tarixində məlumat yayılıb.

Cüdo üzrə 2 qat dünya, 7 qat avropa çempionu Sumqayıtlı İlham Zəkiyev Tokioda ölkəmizin bayrağını daşıyacaq.

Bu, Azərbaycan üçün yeddinci Paralimpiya Oyunları olacaq. 36 idmançı 47 dəst mükafat uğrunda mübarizə aparacaq. Yarışlar 24 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.

Ilham Zəkiyev 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. O, 1999-cu ildə cəbhə bölgəsində snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirmiş və bundan sonra cüdo ilə ciddi məşğul olmuşdur.

Cüdocumuz 2 qat Paralimpiya oyunları, 2 qat dünya, 7 qat avropa və 1 qat Avropa oyunları çempionudur. 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası”, 2016-cı ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir