Sumqayıtlı kikboksçu iraqlı rəqibini nokaut edib

Total
0
Shares
Sumqayıt kikboksçusu kəmərə sahiblənib
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi

Sumqayıt kikboksçusu kəmərə sahiblənib. Sumqayıt24 bu haqda 2 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.

Türkiyənin İstanbul şəhərində kikboksinq (K1) üzrə Dünya çempionlar gecəsi keçirilib. Millinin üzvü Nurlan Məmmədov (60 kq) kəmər uğrunda döyüşdə iraqlı rəqibini birinci raundda nokaut edib.

Qeyd edək ki, idmançının şəxsi məşqçisi Naib Hacıyevdir.