Sumqayıtlı döyüşçü Qazaxıstanda keçiriləcək “MMA” idman döyüş növü üzrə “Alash Pride” liqasında ölkəmizi təmsil edəcək. Bu haqda bu gün Sumqayıt24-ə məlumat daxil olub.
Yanvarın 29-u başlayacaq birincilikdə Respublika, Asiya və Avrasiya çempionu olan Nadir Həsənov Şımkənd şəhərində çeçenistanlı idmançı Abo Dzeytovla qarşılaşacaq.
Qeyd edək ki, Nadir Həsənov “Ali Fighters Sumgait” döyüş klubunun prezidentidir.