Sumqayıt peşə təhsil müəssisələrinin müəllim və istehsalat təlimi ustaları dərzilik ixtisası üzrə təlimdə iştirak ediblər. Bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyi öz Facebook səhifəsində məlumat yayıb.
“İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi çərçivəsində təşkil olunan təlim Bakıda fəaliyyət göstərən “CLASSA Fashion School and Platform” dəb məktəbində baş tutub. Burada, təlimlər həmin müəssisənin peşəkar təlimçiləri tərəfindən aparılıb.
Təlimlər zamanı Sumqayıtdan və digər bölgələrdən olan iştirakçılar verilən müxtəlif tapşırıqlar əsasında qrup işi formatında hazırladıqları işləri təqdim ediblər. Sonda isə iştirakçıların və ümumi prosesin qiymətləndirilməsi aparılıb.