Sumqayıtlı Şəhriyar Məmmədyarov 16 dünyaca məşhur şahmatçı ilə yarışacaq

Total
0
Shares
Envato
Envato

Bu gün, 31 iyul 18:45-də Sumqayıtlı şahmat üzrə qrossmeyster Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində ilk rəqibiylə görüşəcək.

Onlayn keçiriləcək “Chessable Masters” adlı turnirdə 36 yaşlı Məmmədyarov 5 turda gücünü sınayacaq. Onun rəqibləri ardıcıllıqla – ispaniyalı Eduardo İtturizaqa, çinli Yu Vençjun, rusiyalı Vladislav Artemyevlə, hindistanlı Pentala Harikrişna və sonuncu turda ispaniyalı David Anton Quicarro olacaq.

Keçiriləcək yarışda 16 dünyaca məşhur şahmatçı iştirak edəcək. Turnir 31 iyul – 8 avqust tarixlərində keçiriləcək. Qalib 30 min ABŞ dolları mükafat qazanacaq.

Daha öncə, Sumqayıtlı qrossmeyster 3-15 iyunda keçirilən “2021 Superbet Chess Classic” turnirin qalibi olub.

Məmmədyarov 3 qat dünya (2009, 2013, 2017) və 1 qat sürətli şahmat üzrə dünya çempionudur (2013). O, gənclər arası dünya çempionatının 2 dəfə qalibi olan yeganə şahmatçıdır (2003, 2005).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir