Sumqaytlı məktəbli “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin qaliblərindən biridir. Bu haqda Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Məlumata əsasən, 5-7-ci siniflər üzrə 1-ci yerin qalib komandasının üzvlərindən biri də Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin 6ç sinif şagirdi Nuray Mikayılovadır.
Müsabiqə, Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən, V-IX sinif şagirdləri üçün təşkil edilib. Yarışmanın finalında respublikanın 61 məktəbindən 20 komanda – 100 şagird iştirak edib.
Sonda təhsil nazirinin müavini Muxtar Məmmədov, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qalib komandalara sertifikat və hədiyyələr təqdim ediblər.