Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri “ART PLANET” Beynəlxalq müsabiqəsinə qatılıblar. Bu barədə Sumqayıt Regional Mədəniyyət İdarəsi xəbər yayıb.
Skripka sinfində təhsil alan 1-ci sinif şagirdləri Sevda Ərəbli və Ceyla Qarayeva I yerə layiq görülüblər. Onları müsabiqəyə müəllim Mailə Zeynalova və konsertmeyster Züleyxa Ağalarova hazırlayıblar.
Eyni zamanda məktəbin skripka ansamblı da uğur qazanıb. Ansamblda ifa edən şagirdlər Zəhra Hüseynova, Nübar Allahverdiyeva, Nuray Hüseynova, Gülçiçək Əlizadə və Nuray Məmmədli I yerə layiq görülüblər. Onların müəllimləri Reyhan Şükürova, Mailə Zeynalova, Nuru Beydullayev, Rasim Novruzov və konsertmeyster Sevinc Qasımovadır.