3-4 avqust keçiriləcək “Chessable Masters” turnirinin 1/4 final oyunlarında qrossmeyster Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək. Turnir dünya çempionu, şahmatçı Maqnus Karlsen tərəfindən təşkil olunub.
Sumqayıtlı şahmatçı təsnifat mərhələsini 9 xalla 7-ci yerdə tamamlayıb.
Məmmədyarov daha əvvəl ümumi mükafat fondu 1,5 milyon dollar (2,5 milyon manat) olan onlayn “Champions Chess Tour” turnirində Aronyanı iki dəfə məğlub etmişdi. Daha sonra, bu ilin iyun ayında Buxarestdə (Rumıniya) keçirilən “Grand Chess Tour” turnirinin altıncı turunda da Aronyan şahmatçımıza təslim olmuşdu.