Sumqayıtlı polis serjantı Xəyal Cəmilbəyli Budo üzrə keçirilən Dünya çempionatında kəmər sahibi oldu. Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi İnstagram səhifəsinə istinadən xəbər veririk.
Tunisin Hammamet şəhərində təşkil olunan birincilikdə Xəyal TFC liqasının çempionu tunisli idmançı Marwen Hadchin ilə qarşılaşıb və onu 1-ci raunddaca texniki nokauta uğradıb.
Qeyd edək ki, 84 kq çəki dərəcəsində çıxış edən Cəmilbəyli peşəkarlardan ibarət yığma komandanın kapitanıdır.